İsrail Suriyadan gələn təyyarəni vurdu - VİDEO

  • By admin
  • 27 Aprel 2017 23:52

teyyare vuruldy

İsrail hərbçiləri ölkənin hava məkanını pozan pilotsuz təyyarəni vurub. 

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, pilotsuz təyyarənin Suriya ərazisindən İsrail hava məkanına daxil olduğu bildirilir.

Təyyarə Qollan yüksəklikləri üzərində Patriot tipli raketlə vurulub. Onun hansı ölkəyə aid olduğu barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, aprelin 27-də Dəməşq yaxınlığında yerləşən Əsəd qüvvələrinə aid hərbi baza bombalanıb. Bazanın İsrail hərbi aviasiyası tərəfindən bombalandığı iddia edilir. Təl-Əviv hücumla əlaqəli olduğunu nə təsdiq, nə inkar edir. Bəzi KİV-lər həmin bazada İrandan “Hizbullah” qruplaşması üçün göndərilmiş silah-sursatın saxlanıldığını iddia edir.

Gununsesi.info