Gununsesi.info xəbər verir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, işsizlik müavinətinin orta məbləği 361,3 manat olub.

2018-ci il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5072,6 min nəfər olub, onlardan 4820,2 min nəfərini d’ məşğul əhali təşkil edib.

 Cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1508,4 min nəfər olub.

2018-ci ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,2 saat təşkil edib.

Gununsesi.info