İstambuldakı terror Türkiyəni dövlət kimi həzm etməyən güclərin əməlidir - Politoloq

  • By admin
  • 29 İyun 2016 11:09

zerdust_elizade_012

 

İstanbul Atatürk hava limanında baş verən terror aktı heç şübhəsiz ki, Türkiyəni bir dövlət və millət kimi həzm etməyən böyük güclərin, dövlətlərin və onların kəşfiyyat orqanlarının törətdiyi hadisədir. Bu fikri Gununsesi.info-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə İstambulun Atatürk hava limanında baş verən terror hadisələri ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Türkiyənin güclü ordusunun, NATO üzvü, oturuşmuş dövlət olmasına baxmayaraq, əsrlər boyudur bəzi böyük güclər və dövlətlər Osmanlıları, Türkiyəni məhv etmək siyasəti həyata keçirirlər. “Biz bunu etiraf etməliyik ki, bu siyasət bu gün də davam edir. Elə son illərdə Türkiyədə baş verən terror hadisələri buna xidmət edir. Türkiyəni məhv etmək. Ancaq ümid edirik ki, Türkiyə nə vaxtsa bu çağırışlarla cavab verəcək”, deyə politoloq vurğulayıb.

Politoloq ölkədə baş verən müntəzəm terror hadisələrinə qarşı təhlükəsizlik qüvvələrinin effektiv mübarizə apara bilməməsində də qınayıb.

Politoloq turizm mövsümündə belə bir hadisənin hava limanında baş verməsini Türkiyənin turizm potensialına vurulan zərbə kimi dəyərləndirib: “Aeroportlar böyük turizm sənayesinin tərkib hissəsidir. Hava limanlarında, dəniz limanlarında, avtobuslarda, taksilərdə, otellərdə terror hadisələrinin törədilməsi birbaşa xarici ölkə turistlərin həmən ölkəyə səfərini əngəlləyən amildir. Bu yolla xarici ölkə vətəndaşının həmən ölkəyə gedərək istirahət etmək, pul xərcləmə həvəsini öldürürlər. O baxımdan İstambul hava limanında baş verən terror hadisəsi də Türkiyənin turizm sənayesinə vurulan böyük zərbənin tərkib hissəsidir”.

Z.Əlizadə sonda onu da əlavə etdi ki, dünyadakı bəzi güclər Misirdə, Türkiyədə və digər ölkələrdə belə terror hadisələri həyata keçirməklə həmən ölkələrin turizm sənayesinə ağır zərbələr endirirlər.

Mürtəza Bunyadlı