Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

08 Noyabr 2017 - 16:30

İstanbul polisindən şok iddia- "LƏNKƏRANSKİ"NİN QARDAŞI "QULİ"NİN BAŞINA 5 MİLYON QOYUB (VİDEO)
Türkiyə polisi Rövşən “Lənkəranski”nin polkovnik qardaşının İstanbulda planladığı əməliyyatın detalları barədə məlumat yayıb.
Gununsesi.info DHA-ya istinadən xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində ötən həftə İstanbulun Bakırköydəki AVM-dəki restoranların birində həyata keçirilən əməliyyatın detalları bəlli olub.
Həyata keçirilən əməliyyat nəticəsində 4-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər yaxalanıb. Əməliyyat zamanı saxlanılan şəxslərdən 9 tapança götürülüb. 
İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən verilən xəbərə görə, 2016-cı ilin 18 avqustunda Beşiktaş rayonu ərazisində azərbaycanlı mafiya başçısı Rövşən “Lənkəranski”nin öldürülməsindən sonra qardaşı Namiq Caniyevin intiqam almaq üçün İstanbula getdiyi bəlli olub. 
Namiq Caniyev və Mehmet Sabri Şirinə 5 milyon dollar qarşılığında Rövşən “Lənkəranski”nin qatillərinin aradan götürülməsi barədə razılığa gəlindiyi bildirilir. Hadisə zamanı saxlanılan şəxslərin üzüstə yerə yıxaraq fotoları çəkilib. 

Gununsesi.info