İstanbulda 20 mindən çox polis işdən çıxarılıb - SƏBƏB

  • By admin
  • 13 Dekabr 2017 07:45

Türkiyədə Fəthulla Gülən tərəfdarlarına qarşı əməliyyatlar başladıqdan sonra İstanbul polis orqanlarından 22 987 nəfər işdən azad edilib.

Gununsesi.info xəbər verir ki, xidmətdən azad edilən bütün şəxslərin Gülən hərəkatı ilə ilə birbaşa əlaqələrinin olduğu müəyyənləşib.

Qeyd edək ki, 2016-cı ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdi baş verdikdən sonra İstanbul polisində F.Gülən tərəfdarlarının olduğu üzə çıxmışdı.

Gununsesi.info