İstehlak məhsullarının 35,4 faizi bazar və yarmarkalarda satılıb

  • By admin
  • 24 Aprel 2017 07:29

yarmarka

2017-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 11,2 faizi hüquqi şəxs statuslu müəssisələr, 53,4 faizi fərdi sahibkarlar tərəfindən, 35,4 faizi isə bazar və yarmarkalarda satılıb.

Gununsesi.info-nun məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 272,4 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 36,5 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 138,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 133,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Gununsesi.info