İstehsal artıbsa idxal rəqəmləri niyə yüksəlib?

  • By admin
  • 19 Mart 2018 15:30

 

Dövlət Statistika Komitəsi yanvar-fevral ayına dair bülletenində qeyd edir ki, ölkədə ət və süd istehsalı artıb.

Gununsesi.info xəbər verir ki, hesabatda ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 1,1 faiz, tərəvəz istehsalı 1,9 dəfə artıb.

Ümumiyyətlə,  2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı 43,8 faiz artıb.

Lakin bu rəqəmləri Dövlət Gömrük Komitəsinin eyni dövr hesabatı ilə müqayisə edəndə paradoks vəziyyət yaranır. Kənd təsərrüfatı məhsullarının istehsalı artıdğı təqdirdə ölkəyə gətirilən yeyinti mallarının idxalı 6.8 faiz yüksəlib. Bu gün yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 14,80%-dən 18,69%-ə yüksəlib.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov da bir müddət əvvəl bildirmişdi ki, diri heyvanların idxalı 2,4 dəfə, süd idxalı 2,7 dəfə artıb. Ekspert düşünürki, idxal artımı  nəticəsində kənd təsərrüfatı məhsulları istehsalının kəskin şəkildə azalmasında xəbər verir. Belə olan halda, “Statkom”un istehsaldakı artımla bağlı statistikasının nə dərəcədə şəffaf olduğunu şübhə altına düşür.

Vüsalə

Gununsesi.info