İsti havalarda bunlara mütləq əməl edin - XƏBƏRDARLIQ

  • By admin
  • 22 İyun 2017 13:57

hot-weather

Yay aylarının ən böyük problemlərindən biri artan temperaturun insan sağlamlığına zərər verməsi, halsızlığa, baş ağrısına gətirib çıxarmasıdır. İsti hava ürək-damar xəstəliklərinə, təzyiqin yüksəlməsinə səbəb olmaqla yanaşı, insan fəaliyyətinə mane olur, fiziki gücü zəiflədir.

Gununsesi.info oxucularını düşünərək isti havalarda diqqət edilməsi vacib olan 5 əsas məsləhəti təqdim edir.

 

Bol miqdarda su için

594a5cdc67b0a90618801cec

Sağlamlığına önəm verən hər bir şəxs gün ərzində 1,5-2 litr su içməlidir. Susuzluq vücudun halsızlaşmasına və hərəkətin ləngiməsinə səbəb olur. Elə buna görə də isti havalarda bolluca su içmək lazımdır.

 

Evdən vaxtında çıxın

594a5ce267b0a90618801cef

İsti havalarda evdən çölə vaxtında – səhər, yaxud axşam saatlarında çıxmaq məsləhət görülür. Çünki saat 11:00-16:00 radələrində günəş düz başımızın üstündə olur. Həmin müddətdə insanlara evdə, yaxud sərin məkanlarda olmaq tövsiyə olunur.

 

Nazik geyinin

594a5ced67b0a90618801cf1

İsti havalarda nazik və açıq rəngli geyimlərdən istifadə etmək lazımdır. Çünki tünd rəng paltarlar istiliy daha da özünə çəkir. Eyni zamanda, mütləq keyfiyyətli şüşədən hazırlanmış günəş eynəyindən istifadə edilməlidir.

 

Az kalorili qidalar qəbul edin

594a5cf967b0a90618801cf3

İsti havalarda həzm sistemini ağırlaşdıran kalorili və yağlı yeməklərdən uzaq durmaq məsləhət görülür. Fiziki gücü ləngidən isti havalarda bolluca göyərti və tərəvəz məhsulları qəbul etmək lazımdır. Çay, qəhvə ilə müqayisədə isə suya üstünlük verilməlidir.

 

Alkoqollu və kofein tərkibli içkilərdən uzaq durun

coffee-alcohol

İsti havalarda qəbul edilən tərkibində alkoqol və kofein olan içkilər sağlamlığa ciddi şəkildə ziyan vura bilər. Buna görə də yay aylarında belə içkilərdən uzaq durmaq məsləət görülür.

 

Gununsesi.info