İsveçrə şirkəti Gülnarə Kərimovanın əvəzinə 1 MİLYARD DOLAR CƏRİMƏNİ ÖDƏYƏCƏK

  • By admin
  • 23 Sentyabr 2017 11:40

gulnare

İsveçrənin Telia Company şirkəti Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın aldığı rüşvət əvəzində 965 milyo dollar cəriməni ödəməyi öz üzərinə götürüb.

Gununsesi.info “Bloomberg”ə istinadən xəbər verir ki, İsveçrə şirkəti bu cəriməni zamanında Özbəkistanda öz biznesini qoruduğu üçün ödəyəcək.

Artıq “Telia” şirkəti də belə bir məlumat yayıb. Şirkətin bu qərarı qəbul etməsinin səbəbi ABŞ-da “Telia”ya qarşı rüşvət və korrupsiya faktına görə aparılan araşdırma olub. Nəticədə “Telia” şirkətinin ödəyəcəyi 965 milyon dollar ABŞ Ədliyyə Nazirliyinin,  Amerikanın qiymətli kağızlar və birja komissiyasının , eyni zamanda bu korrupsiya faktını araşdıran ölkələrin- İsveç və Niderlandın pokurorluq orqanlarının hesabına köçürüləcək.

Belə ki, araşdırmalar nəticəsində “Telia”nın Özbəkistan bölməsi olan “Cosmos” öz günahını boynun alıb. Ona görə də “Cosmos” şirkəti əvəzində əsas şirkət “Telia” Amerika hökuməti ilə sənəd imzalayaraq  cərimə sanksiyasını ödəməyi öz üzərinə götürüb. Bu sazişi Nyu-York məhkəməsi də təsdiq edib. İmzalanmış sazişə əsasən şirkət korrpupsiya və rüşvət faktı ilə bağlı araşdırmanın aparılması, eyni zamanda bəzi şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı üzərinə öhdəlik götürüb.

Bu ABŞ prezidenti Donald Trampın hakimiyyəti dövründə xarici ölkədə irimiqyaslı korrupsiya faktı ilə bağlı aparılan və yekunlaşdırılan işdir.

“Bloomerg”in verdiyi məlumata görə, ABŞ “Telia” şirkətindən əvvəlcə  1,4 milyard dollar tələb edib, ancaq şirkət bu miqdarı ödəməyə gücü çatmayacağını bəyan etdikdən sonra cərimənin həcmi azaldılıb.

Məsələ barədə mövqeyini açıqlayan “Telia” şirkətinin rəhbəri Yoxan Dennelind  bildirib ki, bu hadisə şirkətin tarixi üçün bir qara ləkədir: “2013-cü ildən etibarən şirkətin yeni Direktorlar Şurası və menecmentləri bu səhvi aradan qaldıraraq aksinoerlərin etibarını  qazanmaq üçün əllərindən gələni etdi, ancaq nəticə vermədi”.

Şirkət rəhbəri onu da əlavə edib ki, “Telia” öz korporativ mədəniyyətini yüksəldib: “Bu cərimə isə ağrılı bir xatirə və görk olaraq qalacaq”.

Qeyd edək ki, “Telia” şirkəti 2007-ci ildə Özbəkistanda fəaliyyət göstərmək üçün yerli “Cosmos” operatorunu alıb. Bu şirkəti almaq üçünsə prezident İslam Kərimovun qızı Gülnarə Kərimovaya rüşvət verməli olublar.

Hazırladı Mürtəza

Gununsesi.info