İtaliyanın 2 əyalətində muxtariyyət seçkiləri keçirilir

  • By admin
  • 22 Oktyabr 2017 11:15

trend_eelections_231209_7

Bu gün İtaliyanın şimalında yerləşən Lombardii və Veneto əyalətlərində muxtariyyət statusu əldə edilməsi ilə bağlı referendum keçirilir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 12 milyon seçicinin referendumda iştirakı gözlənilir.

Lombardii və Veneto İtaliyanın daha çox inkişaf etmiş əyalətləridir. Referendum daha çox məsləhət xarakteri daşıyır, referendumun birbaşa nəticəsi olmayacaq. Çünki İtaliya Konstitusiyasına əsasən regionların səlahiyyət dərəcəsi yalnız dövlətlə danışıqlar prosesində müəyyənləşə bilər. Əgər bu iki regionda keçirilən referendum zamanı muxtariyyət ideyası dəstəklənərsə, regional administrasiyaların rəhbərləri olan qubernatorlar faktiki olaraq belə danışıqlar aparmaq üçün xalq mandatı əldə edirlər. Ancaq İtaliya hakimiyyəti referendumu qanuni saysalar da, bunu “mənasız siyasi addım” sayırlar. Çünki İtaliya Konstitusiyası muxtariyyət barədə danışıqlara referendumsuz da başlamağa icazə verir.

Səsvermə prosesi yerli vaxtla saat 23.00-da başa çatacaq.

Gununsesi.info