İtkin düşən kişinin sümükləri, saçları və dəri parçaları TİMSAHIN MƏDƏSİNDƏN ÇIXARILIB - FOTOLAR

  • By admin
  • 18 Avqust 2017 11:46

573778_01

Uzun müddətdir itkin düşən kişinin sümükləri, saçları və dəri parçaları timsahın mədəsindən çıxarılıb. 

Gununsesi.info-nun milla.az-a istinadən verdiyi məlumata görə, 47 yaşlı Edilson de Oliveira Braziliyanın mərkəzində yerləşən Tocantins şəhərindəki Javae çayı boyunca digər kəndlilərlə birlikdə düşərgə qurarkən yoxa çıxıb.

Olivera timsah ovlayarkən başqa bir timsah tərəfindən hücuma məruz qalıb. Timsahın Oliveiranı suya sürükləyib, yediyindən şübhələnən dostları onu izləməyə başlayıblar. Ertəsi gün kəndlilər şübhələndikləri timsahı öldürüblər.

SÜMÜK, DƏRİ VƏ SAÇ QALIĞI TAPILDI

 

Düşünüldüyü kimi, timsahın mədəsindən sümük, dəri və saç aşkar edib çıxaran kəndlilə məsələ ilə əlaqədar səlahiyyətlilərə məlumat veriblər. Çərşənbə axşamı cəsəd qalıqları ekspertizaya göndərilib və məlum olub ki, Oliveiranı, həqiqətən də, timsah yeyib.

Gununsesi.info