İtkin düşən neftçilərin yaxınları xoş xəbər gözləyirlər - MİRVAR QƏHRƏMANLI

  • By admin
  • 24 Dekabr 2016 13:40

estakada

“Dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarışları dayandırılmayıb”.

Gununsesi.info xəbər verir ki, bunu “Neftçilərin hüquqlarını müdafiə komitəsi”nin rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir:

“Hazırda itkin düşənlərlə bağlı ümidlər tükənsə də, azacıq da olsa, qəlblərdə ümid işartıları hələlik qalıb. İtkin düşən neftçilərin yaxınlarının gözləri xoş xəbər eşidəcəkləri ilə bağlı yollara dikilib. Ümidini üzüb, yaxınlarının heç olmasa cəsədlərinin tapılmasını təskinlik kimi qəbul edənlər də az deyil”, – deyə o söyləyib.

mirvari-qehremanli3-300x200

Qeyd edə ki, hadisə nəticəsində yaradılan operativ qərargahdan iki gündür ki, itkin düşən neftçilərin axtarışları barədə yeni bir məlumat verilmir.
Anar
Gununsesi.info