XƏBƏR LENTİ

18 Fevral 2018
17 Fevral 2018

16 Yanvar 2018 - 19:30

İtmiş pişik qatara minib sahibinin yanına qayıtdı

Fransada itmiş pişik balası qatarla uzun yol qət edərək sahibinin yanına qayıdıb.

Gununsesi.info xəbər verir ki, Sart qəsəbəsində dəmiryolu vağzalında pişik sərnişinlərin və işçilərin diqqətini cəlb edib.

Pişiyi qatardan uzaqlaşdırmağa çalışsalar da, heyvan qatara daxil olub. Yol boyunca qatar nəzarətçisi pişik balasının qayğısına qalıb və şəkillərini “Twitter” sosial şəbəkəsində yerləşdirib.

Bildirilir ki, sosial şəbəkənin istifadəçilərinin paylaşımları vasitəsilə pişik Man qəsəbəsində yaşayan sahibinə qovuşub.

Gununsesi.info