İzmirdə 49 miqrant ölümdən xilas edildi

  • By admin
  • 16 Yanvar 2018 19:57


İzmirin Məndərəs qəsəbəsinin sahillərində qeyri-qanuni yollardan Yunanıstana keçməyə cəhd göstərən xarici ölkə vətəndaşı 49 nəfər xilas edilib.

Gununsesi.info xəbər verir ki, Sahil Mühafizə Xidməti bir qrup qaçqının yardım istəyi qarşısında Özdərə sahillərinə cəlb olunub.

Dənizdən istiqamətləndirilən Sahil Mühafizə qayığı qaçqınların olduğu bərəni dayandırıb.

Bərədəki 16-sı Suriya, 13-ü Anqola, 5-i Mali, 5-i Seneqal, 2-si Cənubi Afrika olmaqla Qabon, Qana, Konqo və Yəmən vətəndaşlarının da aralarında olduğu miqrantlar xilas edilib.

Xarici ölkə vətəndaşları rəsmi prosedurdan sonra İzmir Köç İdarəsinə göndəriliblər.

 

Gununsesi.info