Jirinovski Trampa pəhriz saxlamağı məsləhət görüb

  • By admin
  • 18 Yanvar 2018 19:32

Rusiya Liberal-Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Vladimir Jirinovski ABŞ prezidenti Donald Trampı Rusiyaya, antixolesterin pəhrizinə oturmağa dəvət edib.

Gununsesi.info xəbər verir ki, siyasətçi bu barədə Moskvada jurnalistlərə deyib.

V.Jirinovski qeyd edib ki, D.Tramp orqanizmində xolesterinin səviyyəsini azaltmaq istəyirsə, rus pəhrizinə başlaya bilər

O deyib: “Mən o gün baxdım, Trampla mənim göstəricilərimiz eynidir. O, xolesterinə qarşı dərman qəbul edir, məndə də eyni problemdir. Əgər o, bura gəlmək istəsə, ona elə rus pəhrizi məsləhət görərik ki, xolesterinin səviyyəsini azaldar”.

Gununsesi.info