Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018
15 Yanvar 2018

12 Yanvar 2018 - 19:34

Jirinovskidən sərt sözlər- “SƏNİ GÜLLƏLƏYƏCƏM”

Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski “60 минут” tok-şousunda Ukraynada gedən döyüşlərlə bağlı müzakirə edən zaman özündən çıxıb.

Gununsesi.info xəbər verir ki, həm çıxışın bir parçası “Instagram”a yerləşdirilib.

Studiyanın qonaqları başlıca olaraq Ukraynanın şərqində mövcud qeyri-sabitlik fonunda ABŞ-ın Ukraynanı silah-sursatla təchiz etməsi məsələsini müzakirə edib. Politoloq Vadim Trüxan Jirinovskinin verilişdə sirk yaratmağa çalışdığını deyərək onun atmacalarına reaksiya verməkdən imtina edib. O, siyasətçinin ukraynalılara hədə-qorxu gəlməməsini istəyib. Bundan hiddətlənən Jirinovski onun üzərinə gedib.

“Sizin kimi əclaf və yaramazlara istədiyimiz qədər hədə-qorxu gələcəyik, sizin kimiləri güllələyəcəyik”, – deyə Trüxana yaxınlaşan zaman o bağırıb.

Liberal-demokratların lideri Ukraynanın Donbas bölgəsində öldürülmüş hər bir insana görə cavab verəcəyini deyib və opponentinin studiyanı tərk etməsini istəyib, onu “heyvərə” adlandırıb. Verlişin aparıcıları Jirinovskinin prezidentliyə namizəd olduğunu xatırladaraq, onu sakitləşdirməyə çalışıb. Ancaq çılğın liberal-demokratı sakitləşdirmək mümkün olmayıb. Trüxan Jrinovskinin onu pərt etməyə çalışdığını görüb, bir müddət sonra studiyanı tərk edib.

Çaşıb vağzala getmə, Trüxan, səni orda həbs edəcəklər”, -deyə Jirinovski studiyadan gedən politoloqun arxasınca söyləyib.

Gununsesi.info