Jurnalistin döyülməsi ilə bağlı Baş Prokurorluğa müraciət edildi -ARZU ABDULLANIN XƏSARƏT ALMASI TƏSDİQLƏNDİ

  • By admin
  • 21 Sentyabr 2017 12:20

arzuabdulla

Jurnalist Arzu Abdullanın döyülməsi  faktı ilə bağlı Baş Prokurorluğa müraciət edilib.  Bu barədə Gununsesi.info-ya onun vəkili Cavad Cavadov məlumat verib.

Vəkilin sözlərinə görə, 19 sentyabr 2017-ci il tarixində İslam Partiyasının tədbirinin işıqlandırılması zamanı Arzu Abdullanın peşə faəliyyətinə maneçilik törədilməkə yanaşı həm də ona xəsarət yetirlib: “Jurnalistə xəsarət yetirilməsi, telefonunun əlindən alınması ilə bağlı baş prokurorluğa mürcət edildi. Arzu xanım həkim müayinəsindən keçirilib və xəsarət alması təsdiqlənib. Bunu edənlərin məsuliyyətə cəlb olunmasında israrlıyıq”.

arzuhekim

a1

Gununsesi.info