Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018

15 Dekabr 2017 - 12:44

Jurnalistlərə ordudan yazmağı qadağan etmək düzgün deyil- QÜDRƏT HƏSƏNQULİYEV

“Jurnalistlərin konstitusion hüquqlarını əlindən almaq olmaz. Onlara nəinki digər sahələrdə, eyni zamanda ordudakı problemləri araşdırmaq imkanı verilsin”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev  Milli Məclisin bu gün keçirilən iclasında “Silahlı Qüvvələr haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, jurnalistlərə orduda baş verən problemlərin araşdırılmasına imkan verilmir ki, guya  bunlar sirrdir və düşmən tərəf bundan xəbər tuta bilər: “Mən isə əksinə hesab edirəm ki, ordudakı problemlərdən cəmiyyət xəbərdar olmayanda bu daha ciddi fəsadlara yol açır. Nəinki, onu gizlətməklə. Düzdür, mən ordu və dövlət sirrini istisna edirəm. Ona görə də jurnalistlərə şərait yaradılmalıdır ki, onlar əsgər və zabitlərlə təmas qura bilsin, oradakı problemlərdən yazsınlar”.

Q.Həsənquliyev eyni zamanda, Milli Məclisdə müzakirələr zamanı deputatların verdiyi təkliflərin nəzərə alınmamasından gileyləndi. O bildirib ki, məsələn Rusiyada büdcə müzakirələri zamanı deputatların 540 təklifi nəzərə alınıb və bunun nəticəsində 3 trilyon rublluq büdcənin bir trilyonu həmin təkliflər əsasında yenidən bölüşdürülüb: “Bizdə isə belə hallara çox az rast gəlirik”.

Mürtəza

Gununsesi.info