Jurnalistlər binasından ev alan mətbuat katibləri - ADLAR

  • By admin
  • 21 İyul 2017 09:02

5970f8195266c_metbuatkatibleri

Xəbər verdiyimiz kimi,  bu gün  Bakının  Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci yaşayış binasında  mənzillər sahiblərinə təqdim olunub. Ümumilikdə yaşayış binasında 254 mənzil jurnalistlərə, 1 mənzil isə binanın xidmət və təsərrüfat işlərinin yüksək səviyyədə qurulması üçün  “Jurnalist EVİ” MMC-yə ayrılıb.

Gununsesi.info xəbər verir ki, ev alanlar  sırasında yalnız KİV-lərdə  çalışan qələm sahibləri deyil, dövlət  qurumlarının da əməkdaşları var.

Mənzil sahibləri arasında  dövlət qurumlarının  mətbuat xidməti rəhblərinin adlarına da rast gəlmək olur.

Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Hacıyev Hikmət Fərhad oğlu;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri İbrahimova İradə Tahir qızı;

Gənclər və İdman Nazirliyi Mətbuat xidmətinin rəhbəri Məmmədova Səmayə Tofiq qızı;

Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Nəsirov Akif Təvəkkül oğlu;

Diasporla İş üzrə Dövlət Komitəsi Mətbuat xidmətinin rəhbəri Miraləm Elşad Mircavad oğlu.

Bundan başqa siyahıda AR Prezidentinin Mətbuat Xidmətinin əməkdaşları Məhəmmədov Kənan Tofiq oğlu və Yusifzadə Rasim Elxan oğlunun da adı var.

Gununsesi.info