XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

12 Oktyabr 2017 - 17:54

“Kənan” ərindən boşanan qadını internetdə aldatdı- PULUNU, TELEFONUNU ALDI (FOTOLAR)

qadin_isgence_014788

Türkiyənin Bursa şəhərində bir bankda çalışan 39 yaşlı Şule N. internetdə tanış olduğu özünü Kənan Çələbi kimi təqdim edən saxta mayor tərəfindən aldadılıb.

Gununsesi.info Milliyet-ə istinadən xəbər verir ki, Şule N. həm pulunu, həm də işini itirərkən fırıldaqçı olduğu məlum olan Fatih Ö. saxlanılaraq həbs edilib.

TƏFƏRRÜAT

22 ildir Bursada bir bankda çalışan Şule N. 6 il öncə ərindən boşanıb. Bir uşaq anası olan Şule N. keçən ilin dekabr ayında internetdə “söz oyunu” oynayarkən adının Kənan Çələbi olduğunu və Uludərədə mayor işlədiyini deyən bir kişi ilə tanış olub. İnternet vasitəsi ilə mayor geyimində şəklini də göndərən şübhəliylə mobil telefonu vasitəsi ilə zəngləşən Şule N. ona aşiq olub.

Bir müddət sonra da Şule N.-nin ifadəsinə görə, evlilik planları qurmağa başlayıblar. Şule N.-nin güvənini qazanan saxta mayor bir dəfə qadına atışmada olduğunu, buna görə mobil telefonunun danışıq borcunu ödəyə bilmədiyini, telefonu bağlanarsa, zəngləşmənin də mümkün olamayacağını deyib. Bundan sora Şule N. 5 ay boyunca “mayor”un danışıq haqqını ödəyib. Həmin adama bir mobil telefon və müxtəlif vaxtlarda “əmisi oğluyam” deyən şəxsdən pul göndərən Şule N. bir zəng zamanı “Səni işlədiyin bankdakı inasanlara qısqanıram. İşləməyini istəmirəm” deyən saxta mayora sevgisini təsdiqləmək üçün işindən də imtina edib.

Ancaq son günlərdə görüşlərinin azalmasından sonra şübhəlinin mobil nömrəsini araşdıran gənc qadın nömrənin “Mayorun əmisi oğluyam” deyib ondan pullar alanın Fatih Ö.-yə aid olduğunu üzə çıxarıb. Şule N.-nin şikayəti sonrası saxlanılan Fatih Ö. pulu zorla almadığını söyləyib.

589762_04 589762_03 589762_02 589762_01

Gununsesi.info




loading...
Loading...