Kəmaləddin Heydərovun oğlu “milyonerlər məhəlləsi”ndəki evinin sənədini itirdi - FOTO

  • By admin
  • 20 Oktyabr 2017 14:48
59e9cf1d32da4_sccsc
Bakının “milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində “Qəbələ” idman klubunun prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus mənzilin xüsusi mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi itib.
Gununsesi.info “Xalq” qəzetinə istinadən xəbə verir ki, T.Heydərov sözügedən sənədin etibarsız sayılması üçün qəzetin bugünkü sayında elan yerləşdirib.
Elanda deyilir ki, 2005-ci il iyulun 20-də Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi (TİMHQİ) tərəfindən Heydərov Tale Kəmaləddin oğlunun adına verilmiş FM seriyalı 037080 nömrəli qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
Elanda itən sənədin qeydiyyat ünvanı kimi Bakı şəhəri, T.Əliyev küçəsi göstərilir.
Gununsesi.info