Kənan İmirzalıoğluna 145 minlik iş təklifi - O, BUNA GÖRƏ İMİCİNİ DƏYİŞİB

  • By admin
  • 27 Aprel 2017 22:59

kenan imirzalioglu

Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlu iki illik fasilədən sonra ekranlara geri dönür.

Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, böyük büdcəli serialda Fatih Sultan Mehmeti canlandıracaq aktyor artıq imicində dəyişiklik də edib.

Belə ki, yeni obrazı üçün Kənan kökəlib və saqqal saxlayıb.

Qeyd edək ki, mayda şəkilişləri başlayacaq filmin hər bölümü üçün K.İmirzalıoğlu 145 min lirə (təxminən 70 min AZN) qonorar olacaq.

Gununsesi.info