Kərim Abbasovun avtomobilini soydular - "BİR-İKİ QONŞUMUZ VAR, ONLARDAN ŞÜBHƏLƏNİRƏM"

  • By admin
  • 21 İyun 2017 16:27

kerim_abbasov_5

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasovun avtomobilini soyublar. 

Gununsesi.info xəbər verir ki, sənətçi “ATV maqazin onlarla” verilişində deyib ki, ona 5 min ziyan vurublar:

“İranda dincəlirdim. Anam gecə 2-də yazdı ki, maşını sındırıb içini soyublar. Arxadan yan şüşəni sındırıblar, içindəki güzgünü, planşetim və disklərimi götürüblər. Onları bir-bir yığmaq mənə ölümə bərabərdir. Disk nəyinizə lazımdır ki? 15 ildir səhnədəym, bütün materialım getdi. Bu oğurluqdan gözüm su içmədi. Polisə müraciət etmədim. Dedim ki, söhbət uzanacaq, kamera da yox idi çəksin. Həmin adamları Allaha həvalə etdim. Bir-iki qonşumuz var, onlardan şübhələnirəm. Məni sevmirlər. Bu oğurluqla mənə beş minə yaxın ziyan dəydi”.

Gununsesi.info