Kadir Topbaş İstanbul bələdiyyəsinin sədri vəzifəsindən istefa verib

  • By admin
  • 22 Sentyabr 2017 20:16

51fe5fb4-f7e9-490c-a506-403b1342beee
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş vəzifəsindən istefa verib.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, o, qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.
K.Topbaş bununla belə Ədalət və İnkişaf Partiyasında (AKP) fəaliyyətini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, K.Topbaş 2004-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idi.

 

Gununsesi.info