Kafedə kütləvi zəhərlənmə   - 64 NƏFƏR XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

  • By admin
  • 15 Yanvar 2018 14:30

Rusiyanın Ulan-Ude şəhərində kafelərin birində kütləvi zəhərlənmə  faktı qeydə alınıb.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, Ulan-Ude şəhərindəki “Şulendo” kafesində zəhərlənənlərin sayı 133 nəfərə çatıb.

Verilən xəbərə görə, zəhərlənənlərə salmonellaz diaqnozu qoyulub. Zəhərlənənlərdən 64 nəfəri xəstəxanaya yerləşdirilib.

Zəhərlənənlərdən 13 nəfəri 10-17 yaş arasındakı uşaqlardır.

Gununsesi.info