Kaliforniya sahillərində zəlzələ –  6,5 bal

  • By admin
  • 08 Dekabr 2016 20:14

1047655951

 

ABŞ-ın Kaliforniya ştatı sahillərində 6,5 maqnitudalı zəlzələ baş verib.

Gununsesi.info “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Ferndeyl şəhərindən 165 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar, eləcə də sunami təhlükəsi haqda məlumat yoxdur.

 

Gununsesi.info