Kanadada təyyarə qəzaya uğrayıb

  • By admin
  • 22 Oktyabr 2017 10:40

a44b0535-9427-4b33-9242-4a170acba35f
Kanadada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
“Report”un məlumatına görə, bu barədə “CTV News” xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Kvebek vilayətində baş verib. Təyyarə Sen-Lazarda kənddə yerə düşüb.
Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib.
Kvebek polisi hadisənin səbəblərini araşdırır.

Gununsesi.info