XƏBƏR LENTİ

15 Dekabr 2017

19 Noyabr 2017 - 11:08

Katalon siyasətçilərin həbs edilməsini istəmişdi, Argentinada öldü


İspaniyanın baş prokuroru Xose Manuel Maza Argentinada dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, beynəlxalq konfransda iştirak etmək üçün bu ölkəyə səfər edən Maza vəziyyəti anidən ağırlaşıb və xəstəxanaya yerləşdirilib.

Həkimlərin bütün cəhdinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Mazanın böyrək infeksiyasından dünyasını dəyişdiyi açıqlanıb.

Qeyd edək ki, 2016-cı ilin noyabrında vəzifəyə təyin edilən 66 yaşlı baş prokuror, Kataloniyanın müstəqilliyini elan etməsindən sonra Karles Puçdemon və 4 nazir haqqında həbs qərarı tələb etmişdi.

Gununsesi.info