Kataloniya rəhbərinə üç gün vaxt verildi

  • By admin
  • 21 Oktyabr 2017 21:07

1506619783

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon İspaniya Konstitusiyasının region muxtariyyətinin ləğvinə imkan yaradan 155-ci maddəsində əks olunan tədbirlərin tətbiqinə dair arqumentlərini ifadə etmək üçün üç gün müddətində (24-26 oktyabr tarixlərində) Senata müraciət edə bilər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, müvafiq qərar İspaniya parlamentinin yuxarı palatasını rəyasət heyəti tərəfindən verilib.

Qeyd edək ki, İspaniyanın Nazirlər Şurası bu gün keçirdiyi təcili iclasda Konstitusiyasının Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edib.

Qərar Senat tərəfindən təsdiq olunmalıdır.  İspaniya parlamentinin yuxarı palatası iclası oktyabrın 27-də keçiriləcək.

Gununsesi.info