XƏBƏR LENTİ

24 Avqust 2017

12 Avqust 2017 - 22:45

Keniyada prezident seçkilərinin nəticəsinə etiraz- 2 NƏFƏR ÖLDÜ

kenyatta-odinga-kenya

Keniyada keçirilən prezident seçkilərinin nəticələri elan olunduqdan sonra ölkəni etiraz aksiyaları bürüyüb.

Ölkə səhiyyə idarəsi etiraz aksiyaları zamanı azı 2 nəfərin öldüyünü bildirib.

Son məlumata görə, 1 nəfər güllə yarasından dünyasını dəyişib, 4 nəfər isə güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Polis daha 1 nəfərin ölkənin cənub-qərbində Siayya şəhərində öldüyünü təsdiqləyib.

Qeyd edək ki, ölkədə keçirilən prezident seçkilərindən sonra ilk etiraz aksiyaları paytaxt Nayrobi və Kisumu şəhərində başlamışdı.

Gununsesi.info




loading...
Loading...