Kılıcdaroğlu “İddialarımı sübut edə bilməsəm, siyasətdən gedəcəm” dedi və…

  • By admin
  • 21 İyun 2017 20:05

kılıçdaroğlu vs erdoğan

“Mənə Ana Yasanın 138-ci maddəsini xatırladan bəy əfəndiyə sual etmək istəyirəm: Əgər  iqtidarınızın, hökumətinizin, özünüzün məhkməyə təsir göstərdiyinizi, təlimatlar verdiyinizi sübut etsəm, istefa verə biləcəksinizmi?”.

Gununsesi.info xəbər verir ki, bunu Ankaradan İstanbula doğru 7 gündür “Ədalət!” yürüşünü  edən CXP genəl başqanı Kamal Kılıcdaroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ona və yürüş iştirakçılarına Ana Yasanın 138-ci maddəsini xatırlatmasına münasibətini bildirərkən qeyd edib.

“Mən məhkəmədə dediklərimi sübut edə bilməsəm,  söz verirəm: siyasətdən gedəcəm. Çünki namuslu, qürurlu insanam”.

Hələlik CXP-nin yürüşünə qatılmayan əski genəl başkan, Antalya millət vəkili  Dəniz Baykal da bu gün səssizliyini pozub, iqtidara səslənib.

O, deyib ki, bizi yürümək zorunda buraxmayın:

“Bizi də yürümək zorunda buraxmasınlar, bu addımı atmağa məcbur edən hərəkətlərdən çəkinlər. Əgər biz də Antalyadan yürüsək, milyonlar arxamızda olacaq”.

“Sayın Kılıcdaroğlu dünən Kadir Topbaşın kürəkəni ilə bağlı başqa sözlər deyirdi, indi isə başqa sözlər söyləyir, tutuqlama qərarını doğru saymadıığnı bildirir, yəni, bir-biri ilə uzlaşmayan fikirlər səsləndirir. Yaxşı olardı ki, o,  yürüşü dayandırsın, artıq yorulub. O, bizə lazımdır”.

Bunu isə baş nazir Binəli Yıldırım deyib.

Onu da qeyd edək ki, yürüş iştirakçılarının və aksiyanı dəstəkləyənlərin sayı gündən-günə artmaqdadır.

Yürüşə qatılanlar arasında tanınmış sənətçi, vaxtı ilə D.Baykala görə CXP-dən uzaqlaşan Zülfü Livaneli, sabiq AKP-li millət vəkili, bir sıra ünlü şair və yazarlar da var.

Yürüşə dəstək verənlərdən biri də sabiq vitse-spiker Meral Akşənərdir.

O, aksiyanı dəstəklədiyini və aksiyaçılara “yolunuz açıq olsun“-deyib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info