Kimya zavodunda partlayış baş verib - YARALILAR VAR

  • By admin
  • 15 Mart 2018 21:15

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən kimya zavodunda partlayış baş verib, fəhlələr arasında xəsarət alanlar var.  

Gununsesi.info xəbər verir ki, insident Kresson şəhərində baş verib.

Yerli KİV-lər partlayış nəticəsində bir nəfərin itkin düşdüyünü qeyd edir. Xəsarət alanlardan birinin vəziyyəti kritikdir.

Qeyd olunan müəssisənin sabun və müxtəlif turşular istehsal etdiyi bildirilir.

Gununsesi.info