Kitaroviç getdi

  • By admin
  • 25 Oktyabr 2016 17:10

kita-getme

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 25-də başa çatıb.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola saldılar.

Gununsesi.info