Kıvanç Tatlıtuğ özəl günlərdə işləməyəcək - O, ŞİRKƏTLƏ BU BARƏDƏ ŞƏRT KƏSİB

  • By admin
  • 24 Aprel 2017 08:46

kivanc

Aktyor Kıvanç Tatlıtuğ “Cesur ve Güzel” serialını çəkən şirkətlə müqavilə imzalayarkən bəzi xüsusi şərtlər qoyub.

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, aktyor özünün və həyat yoldaşı, stilist Başak Dizerin doğum günlərində, evlilik ildönümlərində, eləcə də bəzi özəl günlərdə işləməyəcəyinə dair şərtlər irəli sürüb.

Odur ki, serialın çəkiliş müddəti həftə ərzində 4 gün – Kıvançın istəyinə görə müəyyənləşdirilib.

Gununsesi.info