Kiyevdə “Moskva körpüsü”nün adı dəyişdirilir

  • By admin
  • 22 Fevral 2018 19:25

Kiyev Şəhər Şurası bu gün paytaxtda “Moskva körpüsü”nün adının dəyişdirilməsi barədə qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, Şurada qərarın qəbul edilməsi üçün 61 səs yetərli olduğu halda, “lehinə” 82 deputat səs verib. Kiyev Şəhər Şurasının tərkibinə 120 deputat daxildir.

Qeyd edək ki, Kiyevdə “Moskva körpüsü” 1976-cı ildə açılıb.

Bundan başqa, Şəhər Şurasının bügünkü qərarı ilə paytaxtda “Xalqlar dostluğu” parkının da adı dəyişdirilib.

Gununsesi.info