Klinton gizli faktları açıqlayacaq

  • By admin
  • 26 İyul 2017 20:22

hilari-klinton-Reuters-Mike-Blake
ABŞ prezidenti postuna keçmiş namizəd Hillari Klinton yeni kitabında məğlubiyyətin səbəblərini açıqlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hill” informasiya yayıb.

Məlumata görə, xanım Klinton seçkidəki məğlubiyyətinin əsas səbəbləri kimi Moskvanı və FTB-nin keçmiş direktoru Ceyms Komini göstərəcək

Hillari Klintonun keçmiş müttəfiqlərindən birinin dediklərinə görə, xanım siyasətçi həqiqətən məhz bu səbəblərə görə uduzduğuna inanır və bu kitabda açıqlayacağı faktlar böyük əks-səda doğuracaq. Avtobioqrafik esse toplusunun sentyabrda işıq üzü görməsi gözlənilir.

Xatrladaq ki, Hillari Klinton daha əvvəl “Vikiliks” saytı və Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini prezident seçkisini uduzmağında əsas günahkar olaraq açıqlamışdı.

Gununsesi.info