Komitə sədri Lerikə gedir

  • By admin
  • 20 İyul 2017 10:04

Mübariz-Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 25-də Lerikdə Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək.

Komitədən Gununsesi.info-ya verilən məlumata görə, qəbul Lerik rayonu Mədəniyyət Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.