Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

28 Oktyabr 2016 - 14:40

Kor qalmış səhiyyə-AFƏT TELMANQIZI YAZIR

afet

Bir qonşum var idi. Gözləri görmürdü. Kimlərsə, ona “kor Nəsibə” deyəndə mənim bu insana yazığım gəlirdi. Başqalarından fərqli olaraq, onun özünün insanlardan təcrid durumda olmasını hər vəchlə əngəlləməyə çalışırdım. Tez-tez yanına gedər, onun özünü lazımsız saymasına imkan verməzdim. Nəsibə nənə gözdən əlil idi. Qaba səslənsə də, kor idi. Amma onun korluğundan kimsəyə xətər gəlməzdi. Lakin  “kor səhiyyəmiz”dən çoxlarına xətər gəldi. İndi də Səhiyyə Nazirliyi guya nələrisə malalayırmış kimi kor sistemdə nur axtarır. “Azərbaycanda pulsuz səhiyyə ləğv edildi”-, deyə aləmə car çəkir. Bir bunlardan soruşan da yoxdur ki, olmayan nəyisə neçə ləğv eləmək olar axı??? Səhiyyə onsuz da heç vaxt pulsuz deyildı axı. Pulsuz xidmətin yalnız adı var idi, vəssalam, Oqtay həkim. Bir məsələni xatırlatmaq yerinə düşərdi. Bir dəfə mollanın arvadı deyir ki, ay molla, yıxıldım ağlım başımdan çıxdı. Molla da deyir ki, arvad olmayan şey necə başdan çıxa bilər axı… Pulsuz səhiyyənin ləğvi də lap buna oxşadı. Oqtay həkim başqa planetdə yaşamırıq ki, siz burada, biz burada. Pulsuz tibbi xidmətin olduğu deyilən hansı xəstəxanaya gedirsən, pul verib ordan çıxırsan. Adı pulsuz, özü pullu xəstəxananın girişindəcə tibb personalı ilə qarşılaşanda həkim xəstəni bəni-adəm kimi yox, manat kimi görür. Yazıq camaat da o qədər öyrəşib ki, həkimə pul verməyə, pul verməyəndə də ürək sakit olmur. Dövlət poliklinikasına girib salam verirsən, ardınca da əlin cibinə girir. Əzələdaxili vurdurduğun bir iynənin qiyməti 1AZN, damara vurulan bir iynənin qiyməti 3 AZN, UZI xidmətinin qiyməti 20 AZN və sair,  və ilaxır. Əl qərəz, tibbi xidmətin bu zamanadək pulsuz olduğuna Oqtay həkimi kim inandırıb, bilmirəm. Bildiyim bir şey var ki, şəxsən mən pulsuz səhiyyənin ləğvi xəbərini bayram kimi qeyd etdim. Oqtay həkimin də canına dualar oxudum… Bundan sonra xəstəxanaya Allah eləməmiş yolumuz duşsə, onda daha “Səhiyyə pulsuzdur, mən niyə pul verim” sualları içimizi parçalaya-parçalaya həkimə pul vermərik. O pulu ürəklə, sorğu-sualsız verərik… “Daha adı var, özü yox”-, deyib özümüzü aldatmarıq. Pulsuz səhiyyənin ləğvinə gərçəkdən çox sevindim. İndi bilərəm ki, verdiyim pul büdcəyə gedəçək. Büdcəyə gedən pul da həkimin maaş rəqəmində deyişiklik edəcək. Həkim də xəstənin əlinə baxmayacaq. “Kor səhiyyəmiz”dən gözünə də nur gələcək. Düzdür, qonşum Nəsibə nənə bu dünyanı kor olaraq, kimsəyə zərər yetirmədən tərk etdi. Amma səhiyyənin kor güzünə nur gəlməsə, çox insanın Əzrayılı ağ xalatlılar olacaq. Ağ xalatlılar deyirəm ha…. O dünyada olduğu zənn edilən ağa bürünmüş mələklər yox! “Diqqət!!! Səhiyyə Nazirliyi xəbərdarlıq edir! Pulsuz səhiyyə ləğv olundu” xəbərini oxuyanda başınızı qaşımayın, ovcunuzu qaşıyın. Bunu da sözgəlişi dedim!

Afət Telmanqızı





loading...