Korrupsioner təhsil müdirinin cəzası bir il azaldıldı

  • By admin
  • 12 Yanvar 2017 11:14

korrupsiya

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən Kəlbəcər Rayon Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovovun cəzası ikinci instansiya məhkəməsində bir azaldılıb. Gununsesi.info-nun xəbərinə görə, Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunan sabiq təhsil müdiri korrupsiya, vəzifə səlahiyyətlərini aşma, dələduzluq və sair əməlləri törətməkdə təqsirli bilinib.

Gəncə Apellyasiya Məhkəməsi isə hökmdən verilən şikayətə baxaraq, Məhəmməd Bağırova təyin olunan cəzanı 1 il azaldaraq, 9 ilə endirib.

Xatırladaq ki, Məhəmməd Bağırov onun korrupsiya cinayətlərini araşdıran və ictimailəşdirən jurnalist Ərşad İbrahimlini şərlədərək, həbs etdirib. Ancaq jurnalistin mediada yazdığı araşdırmalar sonradan Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən təsdiqlənərək, məhkəməyə göndərilib.

M.Bağırov törətdiyi əməllərə görə cəza alsa da jurnalist Ərşad İbrahimli hələ də həbsdədir.

Gununsesi.info