XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

13 Oktyabr 2017 - 13:12

Kredit borcu olanlara qarşı cəza sərtləşdirilir?- MİLLƏT VƏKİLİ TƏKZİB EDİR

zahid

Milli Məclisin bir sıra qanunvericilik aktlarında dəyişiklik edərək, kredit borcu olanlara qarşı cəzaların sərtləşdirəcəyinə dair xəbərlər yayılıb. Ölkə əhalisinin böyük bir qisminin banklara borclu olduğunu nəzərər alsaq o zaman yüz minlərlə insan üçün qarşıda ciddi problemlərin olacağı qaçılmazdır.

Ancaq Gununsesi.az-a açıqlamasında millət vəkili Zahid Oruc bu barədə iddiaların doğru olmadığını deyib:

“Cinayət Məcəlləsində kredit borcu olan vətəndaşlara qarşı seçilən cəza tədbirlərinin sərtləşdirilməsi haqqında informasiya vasitələrində yayılan məlumatlar doğru deyil və gerçəkliyi əks etdirmirv. 20 oktyabrda parlamentin müzakirəsinə çıxarılan layihədə nəzərdə tutulan müddəalar tamam deyilənlərdən fərqlidir. Belə ki,Cinayət qanunvericiliyinin humanistləşdirilməsini nəzərdə tutan və bu məqsədlə 301-ci maddəyə yeni yanaşmanın tətbiq olunduğu sənəddə kredit borcları ilə bağlı iki maddəyə edilən dəyişiklik,  əksinə cəzaların yüngülləşdirilməsini nəzərdə tutur O üzdən vətəndaşlarının yalan xəbərlə çaşdırılması və dövlətin humanist məramının başqa cür təqdim olunması medianın obyektivlik və vicdanlılıq prinsipləri ilə bir araya sığımır. Əksini düşünənlər buyurub,layihə ilə tanış ola bilər”.

Gununsesi.az




loading...
Loading...