Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017

20 Oktyabr 2017 - 16:54

“Kredit borcuna görə vətəndaşı həbsə atmaqdansa, mənzil tikib ildə 2 min nəfəri evlə təmin etmək olar”- DEPUTAT

menzil bazari

Kredit borcuna görə vətəndaşı həbsə atmaqdansa, onun yerinə mənzil tikib ildə iki min vətəndaşı mənzillə təmin etmək olar.

Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Əli Məsimli bu gün Milli Məclisdə cinayətlərin humanistləşdirilməsi məqsədilə Cinayət Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, kredit borcları Cinayət Məcəlləsi, yaxud başqa bir məcəllə çərçivəsində həll olunası məsələ deyil: “Burada da 3 il qədər cəzanın humanistləşdirmə nəticəsində cəzanın 2 ilə endirilməsindən söhbət gedir. Bu 3 illik cəza 4 ilə qədər qaldırılsa da, cəza 2 ilə endirilsə də, bu istiqamətdə yaxşılığa doğru heç nə dəyişməyəcək”.

O bildirib ki, cəzaların humanistləşdirilməsi ilə bağlı qanunvericiliyə kredit borcu olan vətəndaşlarla bağlı edilən dəyişikliklər irəliləyişə səbəb olmayacaq: “Kredit borcları olan insanların əksəriyyəti borclarını artıqlaması ilə qaytarıblar. Hazırda onlardan almadıqları borcları tələb edirlər. Azərbaycanda bir məhbusun saxlanılması bir gün üçün 22 manata başa gəlir. Bu, orta aylıq əmək haqqından 1,3 dəfə çoxdur. Büdcə təşkilatlarında çalışanların aldığı maaşdan isə 2,5 dəfə artıqdır.

Vətəndaş kredit borcuna görə 2 illik həbs olunacaqsa, onda ona 16 min manat xərc çəkiləcək. Yaxşı olmazmı ki, həmin 16 min vəsaitin həmin vətəndaşın almadığı vəsaitin qaytarılmasına sərf olunsun? Bu cəza 10 min adama tətbiq olunanda 80 milyon vəsait edir. Bu, ipotekaya ayrılan vəsaitdən çoxdur. Kreditə ayrılan vəsaiti bu məbləğin üzərinə gəlməklə 2 min ailəni mənzillə təmin etmək olar”.

Ə.Məsimli əlavə edib ki, bundan həm dövlət qazanar, həm vətəndaş: “Ancaq insanları məhbəsə atmaqla əksinə dövlətə əlavə yük yaratmış oluruq”.

Mürtəza

Gununsesi.info





loading...