Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018

13 Dekabr 2017 - 15:34

“Krım Ukraynadır”- ABŞ-IN RUSİYADAKI SƏFİRİ

“Ukraynanın ərazi bütövlüyü bərpa olunmadan ABŞ və Rusiya arasında münasibətlərin normallaşması mümkün deyil”. 

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman özünün “Twitter” səhifəsində yazıb.

Səfir “Krım kimindir?” sualına belə cavab verib: “Bu suala beynəlxaqlq hüquqla tanış olan istənilən şəxs cavab verə bilər. Krım Ukraynadır. Rusiya-Amerika əlaqələrinin yaxşılaşması üçün Ukraynanın ərazi bütövlüyünün bərpası çox vacibdir”.

Qeyd edək ki, ABŞ dövlət katibi Reks Tillerson da Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qəbul etməyəcəklərini və Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər sanksiyaları ləğv etməyəcəklərini açıqlayıb: “Biz Krım məsələsinə qayıdacağıq. Mən bilirəm ki, prezident Putin aydın bəyan edib ki, bu məsələ danışıqlar masasında müzakirə olunmayacaq. Lakin hansısa məqamda müzakirə olunacaq, sadəcə, indi biz Ukraynanın şərqində zorakılığı dayandırmalıyıq”.

Gununsesi.info