Külli miqdarda valyutanı ölkədən çıxarmaq istədi - FOTO +VİDEO

  • By admin
  • 16 Avqust 2017 14:26

06

Hədəflənmə və risk faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi “Volkswagen” markalı, 05 BF 398 dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, vətəndaş gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq avtomobil yoxlamadan keçirilib.

Nəticədə avtomobilin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə 3 540 000 Rusiya rublu (59 000 ABŞ dolları ekvivalentində) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info