Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

18 Noyabr 2017

15 Sentyabr 2017 - 10:42

Külli miqdarda xarici siqaretin satışı baş tutmadı

siqaret

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda aksiz markasız siqaret və araqların realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “Mercedes-Benz Vito” markalı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.

Azərbaycan Respublikasının vətəndaşı Bəxtiyar Hüseynovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada siqaret və araqların olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində olan iki çantada və yük yerinin qapısının örtüyünün altında cəmi 37. 600 ədəd “Marlboro”, “Davidof”, “Parliament silver blue” və “Parliament aqua blue” markalı siqaretlər və 40 ədəd “Russkiy standart” adlı araq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info





loading...