Kür çayının suyun səviyyəsi 8 santimetr artıb - NAZİRLİK

  • By admin
  • 27 Fevral 2017 14:44

kur-10

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-210, Kiçik Qafqazın çaylarında 200-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-240 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, fevralın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 147 kubmetr olmaqla ongünlük normanın 76 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 63 kubmetr olmaqla ongünlük normanın 83 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 6 santimetr azalma, Bankədə 8 santimetr artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 449, Şirvanda 347, Salyanda 315, Bankədə 243, Araz çayının Novruzlu məntəqəsində isə 175 santimetr təşkil edir.

Gununsesi.info