VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017

15 Sentyabr 2017 - 14:25

Kürdə suyun səviyyəsi azalıb

kur-araz

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 10-40 və Naxçıvan MR çaylarında isə 130 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Gununsesi.info-ya verdiyi məlumata görə, sentyabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 140 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 12 m3/s olmaqla, ongünlük normanın 13 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 24 m3/s təşkil edərək ongünlük normanın 27 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, Şirvanda 2, Salyanda 5 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 sm (2016-cı il sentyabrın 15-də 407 sm), Şirvanda 179 sm, Salyanda 130 sm (2016-cı il sentyabrın 15-də 237 sm), Bankədə 167 sm (2016-cı il sentyabrın 15-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 62 sm (2016-cı il sentyabrın 15-də 125 sm) təşkil edir.

Anar

Gununsesi.info




loading...
Loading...