Kürdəxanı İstintaq Təcridxanasında dustaq özünü asıb

  • By admin
  • 28 Aprel 2017 23:59

mehbus intihar

Bakının Sabunçu rayonunda yerləşən Kürdəxanı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.

Gununsesi.info-nun “Report”a istinadən verdiyi xəbərə görə, 1977-ci il təvəllüdlü Qələndərov Mehman Hüseyn oğlu saxlandığı həbsxanada özünü iplə asıb.

Faktla bağlı araşdırma aparılır.

Mehman Qələndərov barəsində cari ilin fevral ayının 7-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info