XƏBƏR LENTİ

18 Fevral 2018
17 Fevral 2018

18 Yanvar 2018 - 16:36

Lənkəranda yük qatarında nasazlıq yaranıb,YOL BAĞLANIB

Lənkəranda yük qatarının xarab olması yolun bağlanmasına səbəb olub.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, rayonun Qumbaşı kəndində yük qatarı əyləc sistemində yaranan nasazlıq səbəbindən yolda qalıb. Bu da avtomobil yolunun bağlanmasına səbəb olub.

Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkətində gecikmələr baş verib.

Qatar təmir edildikdən sonra yolda hərəkət bərpa olunub.

Gununsesi.info