XƏBƏR LENTİ

19 Oktyabr 2017
18 Oktyabr 2017

21 Sentyabr 2017 - 12:43

Lənkəranskiyə görə adam öldürənəHÖKM OXUNDU
rovsen
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda müştərini öldürməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə V.İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Nizami rayonu, “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib.
1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayaraq öldürüb.Qətl hadisəsi “oğru” Rövşən Lənkəranskinin barəsində mahnı sifariş verilməsinə görə olub. Nurlanın bu istəyinə barmenin “icazə yoxdur” deyə cavab verməsi mübahisəyə səbəb olub.Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda müştərini öldürməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə V.İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Nizami rayonu, “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib.
1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayaraq öldürüb.Qətl hadisəsi “oğru” Rövşən Lənkəranskinin barəsində mahnı sifariş verilməsinə görə olub. Nurlanın bu istəyinə barmenin “icazə yoxdur” deyə cavab verməsi mübahisəyə səbəb olub.
Gununsesi.info

 




loading...
Loading...