Lənkəran və Gəncə sakinlərindən narkotik vasitə götürülüb

  • By admin
  • 25 Fevral 2017 22:40

3f959d725384b0f0a2d684de4fdd24c5

 

Lənkəran və Gəncə sakinlərindən narkotik vasitə götürülüb.

Musavat.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Girdəni kənd sakini Nazir Baxşızadədən 0,254 qram heroin götürülüb. Əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satan şəhər sakini Ramin Nuriyev də müəyyən edilərək tutulub. Ondan 0,251 qram, evinə baxış zamanı isə 32,716 qram heroin, elektron tərəzi, narkotik vasitənin qəbul edilməsi üçün ləvazimatlar və 7 ədəd patron aşkar edilib.

Kəpəz RPŞ-nin əməkdaşları tərəfindən isə Gəncə şəhər sakini Rövşən Məmmədovdan 1 kiloqram 4,312 qram tiryək və 0,202 qram heroin aşkarlanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info